Dünən səhər Vəkillər Kollegiyasında vəkil İradə Cavadova ilə görüşümüz oldu. Hər ikimiz bizim şəxsi münasibətlərimizin yaxşı olmaması barədə söylənilən fikirlərin absurd olduğunu qeyd etdik.
Teleqraf.com xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
A.Bağırov daha sonra deyib:
“Mənimlə İradə xanım arasında heç vaxt problem olmayıb, konfransda da sədrliyə namizədliyimin lehinə olub. Qalan məsələlərin də sivil qaydada həll olunmasının tərəfdarıyıq”.
A.Bağırov bu gün Vəkillər Kollegiyasının üzvü Nemət Kərimli ilə də görüşdüyünü, bir çox məsələləri müzakirə etdiklərini, fikir mübadiləsi apardıqlarını vurğulayıb: “Bir daha əmin olduq ki, konstruktiv dialoq çox əhəmiyyətlidir”.
Kollegiya sədri bəzi şəxslərin peşəsinin ara qızışdırmaq olduğunu qeyd edərək onları bundan çəkinməyə çağırıb.