Cənubi Qafqazdakı münaqişələr dinc yolla həll edilməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin beynəlxalq münasibətlər komitəsinin və “Avronest”dəki erməni heyətinin başçısı Armen Aşotyan deyib.
Erməni parlamentari Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin də müharibə yolu ilə həll variantının olmadığını deyib:
“Bölgədəki münaqişələr dinc yolla həll edilməlidir. Dağlıq Qarabağ münaqişəsi də xalqların öz müqəddaratlarını təyin etmək hüququnu tanımaqla və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Məsələnin güc tətbiqi ilə həlli bölgənin sabitliyini təhdid edə bilər”.
Armen Aşotyan çıxışında “ərazi bütövlüyü” ifadəsinə aydınlıq gətirməyib.