26 Sentyabr 2018 10:11
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 25-də Romada Custiniani sarayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şərəfinə İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati tərəfindən rəsmi nahar verilib.

Teleqraf.com xəbər verir ki, əvvəlcə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva saraydakı “Konstitusiya”, “Qırmızı” və “Güzgülü” zallarında olub. Qeyd edək ki, bu bina İtaliyanın paytaxtı Roma şəhərinin ən qədim və tarixi tikililərindəndir. İtaliyanın ilk Konstitusiyası məhz burada imzalanıb.

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şərəfinə İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati tərəfindən rəsmi nahar verildi.


Müəllif: Teleqraf.com