13 Noyabr 2018 17:24
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir sıra rayonlar öz büdcəsini təmin edir. Biz bu cür rayonların sayını artırmaq üçün həvəsləndirmə tədbirləri görməliyik”.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisdə 2019-cu il büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Millət vəkili öz büdcəsini təmin edən icra hakimiyyətlərinin topladıqları vəsaitin bir qisminin onlara geri ödənilməsini təklif edib: “Bəzi dövlət qurumlarının topladığı vəsaitin 50 faizinin həmin təşkilatın hesabına köçürülməsini Milli Məclisdə təklif etmişik. Bu qaydanı yerli icra hakimiyyətləri üçün də tətbiq etmək olar. İcra hakimiyyətlərinin topladığı vəsaitlərin bir qismi həmin rayonun büdcəsinə ayrıla bilər. Bu da büdcə asılılığını azaldar”.

Millət vəkili bəzi bölgələrdə məktəb binalarının tikintisinə ehtiyacdan danışıb: “Hər il məktəb binalarının tikintisi üçün müəyyən vəsait ayrılır. Ötən il onlarla modul tipli məktəblər tikilib. Lakin mətbuatda zaman-zaman Azərbaycanın inkişaf tərzinə uyğun olmayan məktəblər barədə məlumat oxuyuruq. Bu sahəyə diqqət artırılmalıdır. Ehtiyac olduğu halda məktəb və bağça tikintisinə özəl sector da cəlb edilə bilər”.


Müəllif: Cavad