15 Noyabr 2018 09:52
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Azərbaycan Mərkəzi Bankının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq Bankçılıq Forumu işə başlayıb.

Məlumata görə, tədbirin məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayens sahəsindəki yeniliklər və risklərin, həmçinin qeyd olunanların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

Forumda ABŞ, Yaponiya, Çin, Avropa və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatın və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edir. İştirakçılar və spikerlər arasında “Citibank”, “Commerzbank AG”, "Rafffeisen Bank International AG", “Standard Chartered Bank” kimi nəhəng banklar, həmçinin “Mastercard”, “Discover Financial Services”, “DinersClub”, “American Express”, “Samsung Pay”, “UnionPay”, “Ernst & Young”, “Deloitte”, “Moody’s Investors Service”, “PricewaterhouseCoopers LLP”, “Yandex.Money”, “SWIFT”, Türkiyənin “Banklararası Kart Mərkəzi”, “BPC Banking Technologies”, “KOBIL Systems” və sair kimi nüfuzlu maliyyə-texnologiya şirkətlərinin, xarici mərkəzi bankarın nümayəndələri də var.

30-a yaxın mövzu ətrafında 2 gün davam edəcək müzakirələrdə xarici və yerli spikerlər tərəfindən rəqəmsal bankçılığa və nağdsız iqtisadiyyata transformasiya məsələləri ilə bağlı təqdimatlar ediləcək, həmçinin geniş fikir və təcrübə mübadiləsi aparılacaq. /Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər