Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Kiyevə səfər edib.
Teleqraf.com xəbər verir ki, millət vəkili Ukrayna Parlamentində keçiriləcək “Qlobal təşəbbüsləri dəstəkləyən parlamentarilər” təşkilatının 40-cı illik forumunda və Beynəlxalq Cinayət Məhkəməsi və Qanunun aliliyinə dair Parlamentarilərin 10-cu Konsultativ Assambleyasında iştirak edəcək.
Tədbirlərdə qanunvericilik və məhkəmə sistemi sahəsində hazırkı vəziyyət və gələcək islahatlarla bağlı Roma Statutunun rolu, həmçinin müharibə cinayətlərinin milli və beynəlxalq səviyyədə qarşısının alınması, bu məsələlərdə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının artırılması imkanları müzakirə olunacaq.