8 Dekabr 2018 15:23
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan həbs edildi. Əslində o, Azərbaycanada həbs edilməli idi.

Teleqraf.com xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Köçəryan Azərbaycan məhkəməsi qarşısında vətənə xəyanətə, Xocalı faciəsinə, torpaqlarımızın işğalına görə qanun qarşısında cavab verməli idi:

“Cəzası isə Qarabağda dar ağacından asılmaq olmalı idi. Bununla belə digər işə görə olsa da, bu cəllad artıq həbsdədir. Ədalətin öz qaydaları var, cəza gec də olsa cinayətkarı tapır, ona yerini göstərir”.

Qeyd edək ki, Robert Köçəryan 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyalarda iştirak edən insanlara odlu silahdan atəş açmaq əmri verməkdə ittiham edilir.


Müəllif: Mənsur Rəğbətoğlu