1 Sentyabr 2014 19:07
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com president.az saytına istinadən xəbər verir ki, sərəncama əsasən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçilərinə ayrılan mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

1) birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

2) ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

3) üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

Nazirlər Kabinetinı sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Səxavət


Müəllif: