6 Sentyabr 2019 20:26
1 862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi və güclənməsi üzrə proqram çərçivəsində Rusiyadan yeni texnika və avadanlıq daxil olub”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan sentyabrın 6-da “Facebook” səhifəsində yazıb.

Bildirilib ki, Rusiya istehsalı olan “Ural” markalı yeni yük avtomobilləri gətirilib.

Mətbuat katibi həmin avtomobilin şəkillərini paylaşıb.


Müəllif: Teleqraf.com