22 Sentyabr 2019 12:46
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada yaşayan "Milli" ləqəbli Emin Abdullayev də Fuad Qəhrəmanlını və onu himayə etməyə cəhd edən AXCP sədri Əli Kərimlini sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, o, sosial şəbəkədə "Barmaqlarımızı sındıranlar" başlıqlı status yazıb.

Emin Abdullayev qeyd edib: "Selcan xanımın cəsarəti mənə iyrəncliyin içində ümid verən bir işıqdır. Vicdanı olan, insanlığını hələ itirməyən hər kəs Selcanı müdafiə etməlidir, anasına dəstək olmalıdır. Öz qızının dizini sındıran və həyat yoldaşının barmaqlarını sındıran bir cinayətkar (Fuad Qəhrəmanlı) mütləq həbs edilməlidir və cəzasını almalıdır. Selcanın dediklərinə görə, Əli Kərimli onun anasına boşanmaqdan vaz keçməyi məsləhət görüb, uşaqlarının gələcəyi haqqında düşünməyi məsləhət bilib. Mənə görə bu, cinayətə bəraət qazandırmaqdır, zorakılığı dəstəkləməkdir. Dizini sındıran atası ilə o qızının hansı gələcəyi ola bilər? Əli Kərimli belə fikirlərə görə hamıdan üzr istəyib istefa verməli idi, AXCP üzvləri Fuad Qəhrəmanlı ilə bərabər, Əli Kərimlinin istefasını tələb etməli idilər".

E.Abdullayev vurğulayıb ki, AXCP-nin liderlərinin azadlıq, insan haqları, eləcə də demokratiya haqqında danışmağa heç bir mənəvi haqları yoxdur: "Bu iyrəncliyi dəstəkləyən, müdafiə edən istənilən şəxs potensial cinayyətkardır və totalitar düşüncəli məxluqdur. Biz azadlığı ilk növbədə gərək ailəmizdə qurmağı öyrənək. Öz ailəsində ailə üzvlərini döyəni hakimiyyətə gətirsək, bunlar bizi meydanlarda öldürərlər, dizlərimizi, barmaqlarımızı sındırarlar".

Xatırladaq ki, bu günlərdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı ailəsinə zorakı və qəddar münasibət göstərən atasını ifşa edib. İctimaiyyətin sərt tənqidlərindən sonra Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər