9 Oktyabr 2014 18:11
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan Respublikası Ali Məhkəməsinin Konstitusiya Palatasının sədri Mukambet Kasımaliyevin başçılıq etdiyi nümayəndə heyəti ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşüb.

Bu barədə Teleqraf.com-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan və Qırğızıstanın dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir müavini dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi islahatlardan, o cümlədən ədliyyə və məhkəmə-hüquq sistemindəki yeniliklərdən danışıb, əlaqələrimizin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu bildirib.

Qardaş xalqlarımız arasındakı münasibətlərin inkişafını vurğulayan M.Kasımaliyev Azərbaycan Prezidenti İlham Əliyevin bu əlaqələrə töhfəsini qeyd edib, respublikamızın dinamik tərəqqisindən heyran qaldıqlarını vurğulayıb.

Ölkəmizin hüquqi sahədə nailiyyətlərini maraqla qarşılayan qonaqlar qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi arzusunda olduqlarını söyləyiblər.

Qırğızıstanın nümayəndə heyəti nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər