30 Sentyabr 2020 21:13
2 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Baş naziri Georgi Qaxariya Dağlıq Qarabağdakı vəziyyətə münasibət bildirib və münaqişə tərəflərinə məsələnin həlli üçün danışıqlar məkanı təklif edib.

Teleqraf.com xəbər verir ki, o, Gürcüstanı hər iki ölkə ilə - həm Ermənistan, həm də Azərbaycanla yaxşı qonşuluq münasibətləri bağladığını deyib.

“Tarixən Gürcüstanda yaşayan ermənilər və azərbaycanlılar bizim vətəndaşlarımızdır və təkcə ölkəmizin deyil, bütövlükdə bütün bölgənin inkişafında və güclənməsində hər zaman mühüm rol oynayıblar. Eyni zamanda, ölkəmizdə dinc şəraitdə yaşamaları gürcülərin, ermənilərin və azərbaycanlıların bütün Cənubi Qafqazı sülh və inkişaf zonasına çevirə biləcəyinin yaxşı bir nümunəsidir”, - Qaxariya bildirib.

O, bölgədə ən qısa müddətdə barışıq elan etməyin ümumi maraqlara uyğun olduğunu vurğulayıb. Gürcüstanın dialoq aparmaq üçün Tiflisdə münaqişə tərəflərinin nümayəndələrinin görüş keçirməsi də daxil olmaqla hər cür şəkildə bu prosesə töhfə verməyə hazır olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu