10 Oktyabr 2020 15:39
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Status-kvonun dəyişdirilməsi üçün ötən illər ərzində atılan addımlar kifayət etmirdi.

Teleqraf.com xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirilən brifinqdə deyib:

"Bir daha hər kəs başa düşdü ki, Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Bütün əlaqəli beynəlxalq qurumlar əllərindən gələni etməlidirlər ki, vəziyyət dəyişsin.

Münaqişə həllini tapmadıqca Ermənistanın heç bir inkişaf perspektivi yoxdur və bu, 10 il ərzində sübuta yetirilib. Biz nəzərə almalıyıq ki, qarşımızda böyük məqsəd və hədəflər durur".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər