20 Oktyabr 2020 18:02
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik.

Teleqraf.com-un məlumatına görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, atəşkəs rejimini pozan Ermənistan mülki obyektləri, qadın və uşaqlar da daxil olmaqla günahsız əhalini vurmaqda davam edir:

“İnanıram ki, Azərbaycan Silahlı Qüvvələri həlak olan dinc əhalinin qanını yerdə qoymayacaq. Ərazi bütövlüyünün bərpasına, doğma torpaqlarına qovuşma mübarizəsində Azərbaycan türkü qardaşlarımızın yanında olmağa, haqlı mübarizələrində onları dəstəkləməyə davam edəcəyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər