28 May 2021 14:05
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan 44 günlük Vətən müharibəsində çox önəmli bir işi bacardı. Türkiyə Azərbaycanın yanındaydı və indi də yanındadır”.

Teleqraf.com-un xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

Onun sözlərinə görə, 103 il əvvəl bizə müstəqilliyi bəxş edən M.Ə.Rəsulzadənin ruhu şaddır: “Biz hər cür vəziyyətdə bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Rəhmətlik Heydər Əliyevin bir sözü yadıma düşdü. O deyirdi ki, heç nə olmasa da tez-tez gəlin. Biz Azərbaycana daha sıx-sıx gələcəyik”.

Ş.Ayrım qeyd edib ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil: “Türkiyə də həmin Türkiyə deyil. Biz nə edəcəyimizi bilirik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər