Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı meşə yanğınları ilə bağlı Azərbaycanın dəstəyinə görə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, Cahit Bağçı bu barədə öz Tvitter səhifəsində yazıb.
“Başda dost və qardaş Azərbaycan olmaqla, meşə yanğınları ilə bağlı bizə dəstək verən bütün ölkələrə təşəkkür edirik”, - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən, Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək.