9 İyun 2022 15:57
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək kitabçalarının elektronlaşdırılması çətin prosesdir. Cari ilin sonuna qədər əmək münasibətləri və məşğulluq altsisteminin tam təkmilləşdirilməsi nəzərdə tutulub.

Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Vətən müharibəsi qazilərinin məşqulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirilən mətbuat konfransında Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, altsistemin təkmilləşdirilməsi ilə əmək kitabçalarının ləğvi nəzərdə tutulmur: "Bu dəyişiklə əmək kitabçası tələbi yığışdırılacaq. Əmək kitabçası şəxslərdə qalır və pensiya təminatı zamanı lazım ola bilər. Təkmilləşmə işləri yekunlaşdıqdan sonra 2006-ilə qədər olan dövr də elektronlaşdırılacaq. İlin sonuna və ya gələn ilin əvvəlinə proses tam yekunlaşa biləcək".


Müəllif: Aysel Azad