10 Avqust 2022 23:56
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərişıq” ASC Tovuz rayonunda yarımstansiyanın ərazisində baş verən yanğınla bağlı açıqlama verib.

Bu barədə Teleqraf.com-a ASC-nin mətbuat xidmətindən bildirilib.

"Yanğın nəticəsində elektrik enerjisi təchizatı kəsilmiş ərazilərin elektrik enerjisi verilişi alternativ xətlə bərpa edilib", - deyə “Azərişıq” ASC-dən bildirilib.

Xatırladaq ki, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yarımstansiyanın ərazisində 1 ədəd vakuum açarı və 10 p.m çıxış kabeli yanıb. Yarımstansiya yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com