29 Yanvar 2023 22:59
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin heyəti və onların ailə üzvləri Bakıya təxliyə edilib.

Teleqraf.com xəbər verir ki, səfirliyin heyəti və onların ailə üzvləri xüsusi reyslə Tehrandan Bakıya gətirilib. Artıq təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.

Ümumilikdə 53 nəfər Tehrandan Bakıya təxliyyə olunub.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.


Müəllif: Teleqraf.com