20 Mart 2023 20:06
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi (XİN) “3+3” formatında ikinci görüşün çağırılması üzərində işləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

"Gürcüstan tərəfi hələ də bu formata qoşulmaq barədə düşünür, lakin ilk görüş baş tutub, Tbilisi üçün qapı açıq qalır", - deyə nazir Ermənistan xarici işlər naziri ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

10 dekabr 2021-ci il tarixində Moskvada Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində "3+3" Məşvərət Regional Platformasının ilk iclası keçirilib.

İclasda regionda etimadın artırılması, iqtisadiyyatın və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması, genişləndirilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com