COVID-19-un yeni variantı “BA.2.86” İsrail və Danimarkadan sonra İngiltərədə də aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bunu Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) açıqlayıb.
“UKHSA” bildirir ki, Omikronun alt növü olaraq ortaya çıxan yeni variant yaxın zamanda xaricə çıxmamış insanda tapılıb.
Məlumata görə, “BA.2.86”nın hazırda tapılan variantlarla Omikrona genom baxımından çox uzaqdır və daha yüksək mutasiyaya malikdir.
“UKHSA”nın vitse-prezidenti Meera Çand deyib: “Böyük Britaniyada təsdiqlənmiş bir hal var. “UKHSA” hazırda ətraflı qiymətləndirmə aparır və vaxtı gələndə daha çox məlumat verəcək. Agentlik vəziyyəti yaxından izləməyə davam edəcək və analiz nəticələrini dərc edəcək”.