Avropa İttifaqının diplomatiya üzrə rəhbəri Jozep Borrell regionda vəziyyətin daha da gərginləşməsi qorxusu səbəbindən ölkənin İsraillə sərhədindəki vəziyyəti müzakirə etmək üçün Livana gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı adı açıqlanmayan Aİ nümayəndəsinə istinadən məlumat yayıb.
“Aİ-nin xarici siyasət rəhbəri Livana gəlib, çünki İsraillə sərhəddə baş verən toqquşmalar genişmiqyaslı qarşıdurma qorxusunu artırır”, - deyə telekanal bildirib.
Qeyd edilir ki, Borrel Qəzzada vəziyyət və onun bölgəyə təsirini müzakirə etmək üçün bazar gününə qədər Livanda qalacaq.