“Ölkəmiz xaricdən asılı vəziyyətdədir, məhvə getdiyimizi unuduruq və özümüzlə heç nə götürmürük”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan deyib.
General İran və Rusiyanın ölkəsi ilə dostluq əlaqələrinə diqqət çəkib:
“Dostlarımızın kim olduğunu görməliyik. Taktiki dostumuz Rusiyadır, regiondakı dostumuz İrandır, Tehranla işləməliyik. İran və Rusiya ilə hərbi ittifaqlarımız olmalıdır. İrandan uzaqlaşaraq okeanın o tayına (ABŞ-yə) üz tuturuq. Moskvanı Rusiya-Ermənistan-İran təhlükəsizlik bloku yaratmağa razı salmalıyıq”.
Karapetyan Rusiyanın 44 günlük müharibədə Ermənistanı dəstəkləmədiyi iddiasına da toxunub:.
“Rusiya olmasaydı, 10 gündən artıq dayana bilməyəcəkdik”.
General Fransanın Ermənistana köhnə silah və texnika satdığını da iddia edir:
“Fransa ukraynalıların imtina etdikləri hərbi texnikaları Ermənistana verir. Fransadan hava hücumundan müdafiə sistemləri üçün RLS alırlar, amma raket almırlar, çünki bunları Ermənistana satmırlar. Bəs o radar sistemləri kimə lazımdır? Bu radar sistemləri yalnız Ermənistandakı müvafiq şəxslərə ərazilərə havadan necə hücum etdiklərini görməyə imkan verəcək. Fransa sistemləri Ermənistanın mövcud sistemləri ilə işləyə bilməz, onları inteqrasiya etdirmək mümkün olmayacaq. Gedib Hindistandan 5 milyon güllə almışıq. Öz güllə zavodumuza nə oldu?”.