19 Mart 10:26
1 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycana qarşı təxribatçı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, baş nazir ölkəmizə qarşı ərazi iddiası ilə çıxış edib.

Paşinyanın təxribatçı açıqlaması belədir:

“Azərbaycanın verməsini qəti şəkildə tələb etmək istəyiriksə, sərhəd mövqelərimizin qarşısında dayanmalıyıq. Berkaber, Ayqehovit, Vazaşen, Paravakarın daxil olduğu 31 kəndin də məsələsini qaldırırıq, siyahı açıqlanıb”.

Bununla belə, Paşinyan Tavuş bölgəsinin sakinləri ilə görüşdə Azərbaycana qaytarılmalı olan ərazilərin olduğunu da xatırladıb:

“Müxalifət Tavuş kəndlərini vermək istədiyimizi söyləyir. Tavuşda Əskipara adlı kənd varmı, o kəndin sakinləri kimlərdir? Haqlı olaraq bizə məxsus olanı əldə etmək üçün haqqımızın olmadığını verməyə hazır olmalıyıq.

Mən sizə məlumat verməyə və xahiş etməyə gəlmişəm ki, bizə bu yolla getmək üçün mənəvi və siyasi imkan verəsiniz. Mən bu məlumatı paylaşmağa və sizdən xahiş etməyə gəlmişəm ki, bir addım irəliləmək, bu sülh yolu ilə getmək və ölkəmizin ərazi bütövlüyünü düzəltməyin mümkün olub-olmadığını görmək imkanı verəsiniz. . Bunun üçün mümkün olan hər şeyi etməliyik, sonra gəlib deyin ki, etdiniz, amma alınmadı”.


Müəllif: Mənsur Rəğbətoğlu