19 Mart 11:12
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan üçün eksklavlar və ya anklavlar məsələsinə sonradan baxmaq yanaşması başa düşüləndir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.

Açıqlamada vurğulanır ki, bu məsələ hüquqi qüvvəyə malik sənədlər əsasında sərhədin demarkasiyası və delimitasiyası əsasında həllini tapmalıdır.

Jurnalist Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin eksklav kəndlərin mülkiyyətinin danılmaz və onların dərhal azad edilməli olduğuna dair bəyanatını Qriqoryanın necə dəyərləndirməsi ilə maraqlanıb. Qriqoryanın ofisinə görə, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir əraziyə dair ambisiyası yoxdur, amma həm də öz suveren ərazisini təslim edə bilməz.

“Sözügedən ərazilərdə Ermənistan ərazisinin haradan başladığını müəyyən etmək lazımdır, bu yerləşdirmə hüquqi qüvvəyə malik sənədlər əsasında həyata keçirilməli və müvafiq olaraq de-yure Ermənistan ərazisi Ermənistanın, Azərbaycan ərazisi də Azərbaycanın idarəsi və nəzarəti altında olmalıdır. Baş nazir Paşinyan da bildirib ki, Ermənistan bütün sərhəd boyu belə həll yollarına hazırdır”, - ofisin cavabında deyilir.

Baş nazirin müavininin ofisindən verilən məlumata görə, İrəvan Azərbaycanın Tavuş istiqamətindəki (Qazaxın sərhədə bitişik 4 kəndi) əraziləri ilə bağlı da eyni düsturla həll yoluna getməyə hazırdır.


Müəllif: Mənsur Rəğbətoğlu