19 Mart 11:58
8 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası Qazax rayonu istiqamətindən başlaya bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşündə deyib.

“Mən bura ona görə gəlmişəm ki, delimitasiya prosesi bəzi yaşayış məntəqələrimiz üçün müəyyən problemlər yarada bilər. Amma digər tərəfdən, vəziyyətin elə olduğunu söyləməyə gəldim ki, delimitasiya və demarkasiya prosesinə Bağanısdan (Bağanıs Ayrım – Qazaxın kəndi) başlamalıyıq.

Delimitasiya odur ki, xəritədə sərhədin koordinatlarını müəyyənləşdiririk, sonra demarkasiyaya gedirik, bundan sonra o yerdə durub deyirik ki, Ermənistan burada başlayır və ya bitir.

Ermənistanın ərazi bütövlüyünü düzəltmək bizim üçün vacibdir. Bizim bu gün regionun bir sıra ölkələri ilə problemimiz ondan ibarətdir ki, onlardan razılaşmaya əsasən Ermənistanın ərazi bütövlüyünü tanımasını istəyirik. Amma başqalarının bunu tanımasını istəyiriksə, ilk növbədə özümüz tanımalıyıq. Gəlmişəm deyəm ki, gələcəyimizi qurmağın yeganə yolu budur”, - baş nazir bildirib.

Paşinyan Azərbaycanla sərhəd məsələsinin həllinin vacib olduğunu vurğulayıb:

“Təmas xəttini sərhədlə əvəzləmək istəyirik. Sərhəd qanuni hasar quran bir fenomendir. Demarkasiyanın ən mühüm nəticəsi ola bilər ki, qoşunlar öz mövqelərini tərk edirlər, onların yerinə sərhədçilər gəlirlər. Sərhədçilərin dayandığı yerdə bir-birinə atəş açmaq qətiyyən qəbul edilmir. Yəni həmin hissədə heç bir mübahisə olmur. Mübahisə yoxdursa, atmağın mənası da yoxdur”.

Baş nazir sərhədin müəyyən edilməsindən sonra Ermənistanla Azərbaycan arasında hasarın çəkilib-çəkilməyəcəyi ilə bağlı suala belə cavab verib:

“Sərhədiniz varsa, qanuni hasarınız var, fiziki hasarın olub-olmamasına da qərar verilə bilər. Vəziyyət elə ola bilər ki, birlikdə qərara gəlirik ki, lazımdır, ya yox”.


Müəllif: Mənsur Rəğbətoğlu