27 Mart 11:10
1 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bu günlərdə ABŞ və Avropa ölkələrində müxtəlif yüksək vəzifəli rəsmilərlə intensiv separatçı görüşlər keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşr Oskanyanın “Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi komitəsi” adlı separatçı quruma rəhbərlik etdiyini yazır. Oskanyanın qərbli rəsmilərlə “ermənilərin Qarabağa qayıdışı” mövzusunu müzakirə etdiyini bildirilir.

“Joqovurd” Oskanyanın xarici ölkələrə göndərildiyini yazsa da, bu təşəbbüsün kim və ya hansı ölkədan gəldiyini qeyd etmir.

Oskanyanın yaxın vaxtlarda İrəvana qayıdacağı, danışıqlarının nəticələrini təqdim etmək üçün keçmiş separatçı rejimin üzvləri ilə görüşəcəyi vurğulanır.

Nəşr yazır ki, Qarabağla bağlı müzakirələr Ermənistan hakimiyyətinin narazılığına səbəb olub. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Oskanyanın separatçı fəaliyyətini “ikiüzlülük” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu