30 Aprel 2015 17:49
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Nepaldan Azərbaycan və digər ölkə vətəndaşlarının təxliyəsi həyata keçirilir.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi tərəfindən “BE-200ÇS” tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına yola salınmış humanitar yardım uğurla ünvana çatdırılıb.

Ölkə Prezidentinin göstərişinin icrasının davamı olaraq, həmin təyyarə Nepalda təbii fəlakət zonasından təxliyə edilmiş Azərbaycan Respublikasının 13 və Gürcüstanın 4 vətəndaşının Bakıya çatdırılması üçün havaya qalxıb.


Müəllif:

Oxşar xəbərlər