2 Noyabr 2015 12:21
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda parlament seçkiləri nizamlı şəkildə, yüksək təşkilatçılıqla keçirilib.

Teleqraf.com-un məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında seçkiləri müşahidə edən İtaliya müşahidəçilərinin rəhbəri, italiyalı deputat Serjo Divinovar deyib.

Onun sözlərinə görə, seçki məntəqələrində müşahidələr aparkən nə onların qarşısında, nə də məntəqə daxilində heç bir etiraza, pozuntuya rast gəlməyib.

Parlament seçkilərinin Avropa standartlarına uyğun şəkildə keçirildiyini deyən italiyalı deputat qeyd edib ki, ATƏT və Avropa Şurası çərçivəsində təşkil olunan missiyalar daxilində bir sıra ölkələrin seçkilərində müxtəlif müşahidələr aparıb: "Əminliklə söyləyə bilərəm ki, gənc, müstəqilliyinə yeni qovuşmuş ölkələr arasında heç bir ölkədə Azərbaycanda olduğu kimi demoktratik prinsiplərlə seçkilərin keçirildyini görməmişəm".

Nərgiz


Müəllif: