11 İyun 2016 14:06
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkədə investisiya siyasəti prioritet sahələrin maliyyə təminatının gücləndirilməsi yolu ilə həyata keçirilir. Bu baxımdan sahibkarlığın inkişafının güclü maliyyə təminatı ilə dəstəklənməsi xüsusilə diqqəti cəlb edir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl sektorun inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır. Onun sözlərinə görə, qeyri-neft sektoru əsasən sahibkarlığın inkişafı və sahibkarların fəaliyyəti hesabına genişlənib: “Buna görə də, sahibkarlığın inkişafı Azərbaycanda daim diqqət mərkəzində olmalıdır. Ölkədə sahibkarlığın inkişafından söhbət açarkən bu sahə ilə bağlı hüquqi bazanın ardıcıl olaraq təkmilləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə uğurların əldə olunması ilə nəticələnir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər