20 İyun 2016 13:45
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz Əbülfəz Elçibəyin istəyinə xəyanət etdik”.

Teleqraf.com xəbər verir ki, bunu feysbuk səhifəsində Ülvü Həkimoğlu yazıb. Qeyd edək ki, Ü.Həkimoğlu vaxtilə AXC İcrayyə Komitəsinin üzvü olub.

O, statusunda qeyd edib ki, Elçibəylə sonuncu görüşü 2000-ci ilin 1 iyulunda baş tutub: “Elçibəyin iştirakı ilə keçirilən AXCP-nin Məclisindən sonra Əbülfəz bəylə sonuncu görüşüm oldu. Elçibəy xəstəliyi ilə bağlı Türkiyəyə yola düşürdü. Heç nə diqqətindən yayınmırdı. Oğul nəvəsinin dünyaya gəlməsilə bağlı təbrik etdim. Əbülfəz Elçibəy də məni oğlumun anadan olması münasibətilə təbrik etdi və qayıdandan sonra qeyd edəcəyimizi bildirdi. Ancaq bu son görüşdə mənə dediyi sözlər indiyə qədər yadımdan çıxmır və günahkar kimi vicdan əzabı, xəcalət çəkirəm. Elçibəy açıq şəkildə bildirdi ki, AXCP-dən çox narahatdır, iç dedi-qodularla başımızı qatıb bizi parçalamaq istəyirlər və buna əsla yol verməyin. Biz də optimist olaraq Əbülfəz bəyə "arxayın ol, hər şey yaxşı olacaq, imkan verməyəcəyik" deyə yalançı vədlər verdik. Və biz Elçibəyin sonuncu istəyinə xəyanət etmiş olduq. Bizə əmanət qoyduğu AXCP-ni parçaladıq!”

Cabbar


Müəllif:

Oxşar xəbərlər