23 İyun 2016 12:23
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibətilə Ankarada yerləşən “J.W. Marriott” mehmanxanasında geniştərkibli rəsmi qəbul təşkil edilib.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Hulusi Akar, Baş Qərargah rəisinin müavini Yaşar Gülər, Quru Qoşunları komandanı, ordu generalı Salih Zeki Çolak, Hava Qüvvələri Komandanı, ordu generalı Abidin Ünal və Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Galib Mendi başda olmaqla Türkiyə Silahlı Qüvvələrinin 43 generalı, tanınmış ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun nümayəndələri, çox sayda millət vəkili, Türkiyə Xarici İşlər Nazirliyi başda olmaqla ölkənin çox sayda rəsmi qurumlarının nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, çox sayda KİV nümayəndələri iştirak ediblər.

Tədbir iki qardaş ölkənin himnlərinin səsləndirilməsindən sonra açıq elan edilib.

Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov milli lider Heydər Əliyevin ordumuzun təşkilatlanma və möhkəmlənməsindəki xidmətlərindən bəhs edib, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandan İlham Əliyevin mlli ordumuzla bağlı məqsədyönlü və uğurlu siyasətinə toxunaraq, ordumuzun 2016-cı ilin aprel ayında əldə etdiyi qələbə, o cümlədən Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı birmənalı və qətiyyətli mövqeyimiz haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər