Türkiyənin baş naziri Binali Yıldırım Rusiya ilə münasibətlərin düzəlməsində Azərbaycanın rolundan danışıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Binali Yıldırım Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasında etdiyi köməyə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib.
Yıldırım İlham Əliyevlə yanaşı Qazaxıstan lideri Nursultan Nazarbayevə də verdiyi dəstəyə görə təşəkkürlərini çatdırıb: “Qarşılıqlı yazışmalarda Rusiya və Türkiyə arasında buzların əriməsi üçün çalışdıq. İndi başqa bir dövr başlayır. Dostlarımız artacaq, düşmənlərimiz azacaq”.
Samir