6 Avqust 2016 11:07
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Senzuranın ləğv edilməsi Azərbaycan milli mətbuatının tarixində sözün əsl mənasında hadisə idi. 1998-ci ilin şərtləri içərisində bu addımı atmaq əsl cəsarət və müdriklik tələb edirdi. Böyük dövlət xadimi Heydər Əliyev senzuranı ləğv etməklə tarixi bir qərara imza atmış oldu”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanda senzuranın ləğv edilməsinin ildönümü gününüdə “Yeni Azərabycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu qeyd edib ki, bundan sonra Azərbaycan mətbuatı öz inkişaf tarixində keyfiyyətcə yeni mərhələyə qədəm qoydu: “Düşünmək lazım deyil ki, bu proses rahat və ağrısız keçdi. Bu belə olmadı. Bəzən düşünürəm ki, bəlkə də o vaxt Azərbaycan mətbuatı və ictimaiyyəti buna tam hazır deyildi. Çünki senzuranın ləğvindən sonra bəzən mətbuatda anarxist meyllərin artdığını müşahidə etdik. Söz və mətbuat azadlığının istismar edildiyini gördük. Amma bütün bunlara baxmayaraq, zaman göstərdi ki, atılan addım doğru idi”.

Qeyd edək ki, 1998-ci il avqustun 6-da mərhum prezident Heydər Əliyevin imzaladığı sərəncamla Azərbaycanda senzura ləğv edilib. Həmin günədək axşam saat 20 radələrində bütün qəzetlər hazır səhifələrini Nazirlər Kabineti yanında dövlət sirrini mühafizə edən idarəyə – “Qlavlit”ə aparırdılar. Bu idarədə senzorlar səhifələri oxuyub “zərərli bir şey” tapmadıqları təqdirdə səhifələri möhürləyirdilər. Yalnız bundan sonra qəzet çapa gedə bilərdi. Buna görə də o dövrdə çıxan qəzetlərdə bəzi yerlər ya tamamilə ağ çap edilir, ya çapına icazə verilməyən materialın yerinə “yad” yazı qoyulur, ya da yazıda hansısa abzasın yeri ağ çıxırdı. Həmin hissələr senzorun “qayçıladığı” hissələr olurdu.

Səxavət


Müəllif:

Oxşar xəbərlər