16 Avqust 2016 10:47
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

BQP sədri, millət vəkili Fazil Mustafa Daşqın Ağalarlıya cavab verib.

Teleqraf.com xatırladır ki, Daşqın Ağalarlı özünü məlumatlı şəxs kimi təqdim edərək iddia edib ki, 1995-ci ildən sonra AXCP strukturlarından yalnız Fazil Mustafa Gülən icmasını təmsil edib. Əli Kərimli və digər AXCP rəhbərləri isə bu icma ilə heç bir ciddi ünsiyyət içində olmayıb.

Fazil Mustafa adı çəkilən şəxsə cavabında maraqlı detallara toxunub. Bildirib ki, Azərbayan Xalq Cəbhəsinə həmişə hörmətsizlik gətirən bu kimi dələduzlar, təəssüf ki, həmişə “az-çox məlumatlı” olsalar da, heç vaxt “bilgi sahibi” olmurlar: “Əli Kərimlini ittihamlardan uzaq tutmaq üçün asan bir variant seçərək bizi ittiham etməyə çalışır. Ancaq anlamır ki, 1995-ci ildən 1998-ci ilə qədər Əbülfəz Elçibəyin Türkiyə özəl təmsilçisi kimi fəaliyyət göstərmişəm və AXC-nin təşkilat strukturunda yer almamışam. Qaldı kimlərinsə etibarını təmsil etmək məsələsinə, burada bir şeyi dəqiq bilirəm ki, Daşqın Ağalarlı kimi dələduz, səmimiyyətsiz insanlardan başqa digər bütün kəsimlərin, yəni istər cəbhəçi olsun, istər yapçı olsun, istər məzhəbçi və ya camaatçı olsun, etibarını təmsil etdiyimə inadığımı qəti olaraq söyləyə bilərəm.

Ümumiyyətlə, əgər bu adam “az-çox” deyil, sadəcə “çox” məlumatlı olmaq istəyirsə, Gülən camaatının o zaman müxalifətdə olan AXCP-yə və onun lideri Əbülfəz Elçibəyə də münasibətlərinin çox soyuq, hətta mənfi olduğunu qətiyyətlə söyləyə bilərəm. Nurçuluq və ya Gülən camaatı məsələsinə münasibətə gəlincə, islam dini içində hər hansı məzhəb, təriqət, camaat quruluşlarına qarşı münasibətim mənfidir və bu barədə elmi-tədqiqat əsərlərimdə və ayrı-ayrı məqalələrimdə açıq mövqeyimi bildirmişəm. Vəhabilik də, şiəlik də, ələvilik də, nurçuluq da, habelə təriqət və camaat kateqoriyasına aid edilə bilən hər hansı quruluş da islamın bütövlüyünü pozan təzahürlərdir və bu cinahlara yönələn insanlar islam qədər kamil bir əxlaq dininin mahiyyətinin təhrif olunmasına xidmət edirlər”.

Cavad


Müəllif:

Oxşar xəbərlər