1 Sentyabr 2016 11:23
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın paytaxtı Varşavada Mərkəzi-Şərqi və Cənubi Avropa ölkələrinin parlament rəhbərlərinin görüşü keçirilib.

Teleqraf.com xəbər verir ki, bu görüşdə Azərbaycanı Milli Məclis sədrinin müavini Valeh Ələsgərov təmsil edib.

Tədbirdə Avropa İttifaqının Şərqi və Mərkəzi Avropa ölkələri ilə regional əməkdaşlığı, bu ölkələrin öz aralarında parlamentlər səviyyəsində münasibətlərin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılıb. Valeh Ələsgərov görüşdə çıxış edərək müzakirə olunan məsələlərə münasibətini bildirib.

Cavad


Müəllif: