7 Sentyabr 2016 11:19
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Preda Sezar Florin Azərbaycana gələcək.


Teleqraf.com-un APA-ya istinadla verdiyi məlumata görə, bu barədə büronun sentyabrın 5-də Parisdə keçirilən iclasında qərar qəbul edilib.

AŞPA-nın Azərbaycanda keçiriləcək referendumla bağlı hər siyasi qrupdan 1 nəfər və Monitorinq Komitəsinin Azərbaycan üzrə 2 həmməruzəçisi olmaqla 7 nəfərlik qiymətləndirmə missiyasının yaradılmasına qərar verilib.

Missiyanın üzvlərini və rəhbərini AŞPA prezidenti təyin edəcək. Missiyanın Azərbaycana səfərinin tarixi hələlik məlum deyil.

Büro iclasında Konstitusiyaya dəyişikliklərlə bağlı Venesiya Komissiyasının rəyinin öyrənilməsi barədə də qərar qəbul edilib.


Müəllif:

Oxşar xəbərlər