29 Sentyabr 2016 14:50
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın təmas xəttində hərbi təlimlər keçirməsi sülh prosesinə böyük zərbədir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib.

Nazir bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinə məlumat verdiyini bildirib:

“Bu baxımdan həmsədrlərə də bu barədə tam şəkildə məlumat vermişəm ki, onlar da Ermənistan tərəfi ilə əlaqə saxlasınlar, belə təxribata yol vermisinlər. Əgər biz sülhdən danışırıqsa, deyiriksə, erməni qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdır, o zaman onların Ağdamda təlim keçirməsi təxribatdır”.


Müəllif:

Oxşar xəbərlər