25 Oktyabr 2016 16:59
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində göstərilən səylərə, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müxtəlif aspektlərinə dair müzakirələr aparılıb.

Herbert Salber Azərbaycana budəfəki səfəri çərçivəsində respublikamızın Qərb bölgəsində də olacağını deyib. O bildirib ki, əsas məqsədi cəbhə bölgəsinə yaxın ərazilərə səfər etmək, həmçinin qaçqın və məcburi köçkünlər üçün yaradılmış şəraitlə tanış olmaqdır.

Ötən bir il ərzində dünyada bir çox hadisələrin baş verdiyini deyən Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barədə ətraflı məlumat verib.


Müəllif:

Oxşar xəbərlər