30 Noyabr 2016 21:24
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Türkiyənin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

MSK-dan Teleqraf.com-a verilən məlumata görə, M.Pənahov E.Özoralı təyinatı münasibətilə təbrik edib. Rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlar və digər xarici ölkələrin diplomatik nümayəndəlikləri ilə yanaşı, Türkiyənin ölkəmizdəki səfirliyi ilə də sıx əməkdaşlığından söhbət açan MSK sədri, münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.

E.Özoral Azərbaycandakı fəaliyyəti dövründə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün bütün qüvvəsini sərf edəcəyini dilə gətirib. Türkiyəli diplomat eyni zamanda, ölkəsinin ali seçki qurumunun MSK ilə əməkdaşlığından məmnunluğunu ifadə edib. Qeyd edib ki, bu əlaqələrin daha da inkişafı üçün əlindən gələni edəcək.

Görüşdə həmçinin, qurumlararası əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər