13 Fevral 2017 22:13
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 14-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, deputatlar 6 məsələni müzakirə edəcəklər.

Parlament Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında məsələyə baxacaq. Daha sonar Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini dinləyəcək. Həmçinin Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə müzakirələr açılacaq. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi barədə məsələdə millər vəkillərinin müzakirəsinə təqdim olunacaq.

Bundan başqa plenar iclasda “Hərbi vəziyyət haqqında” və “Məktəbəqədər təhsil haqqında qanunun layihələrinin müzakirəsi ikinci oxunuşda davam etdiriləcək.

Cavad


Müəllif: