ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu gün məcburi köçkün olan iş adamı Tofiq Cəbrayılovla görüşüb.
Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı səfir Tofiq Cəbrayılovla onun fəaliyyəti ilə bağlı söhbət edib, 1992-ci ildə Xocalıda baş verən faciədən sonra yeni həyat qurmaq təcrübəsi barədə danışıb. Tofiq Cəbrayılov kiçik biznesindən gələn gəlirlə ailəsini saxlamaq üçün zəhmətlə çalışdığını vurğulayıb. Robert Sekuta öz növbəsində qeyd edib ki, keçmişdə yaşananlar heç vaxt unudulmamalıdır: "Daima yol axtararaq irəli addımlayan, ailələri üçün parlaq gələcək qurmaq üçün zəhmətlə çalışan insanlarla görüşməkdən böyük qürur hissi duyuram".
Nərgiz