23 Fevral 2017 15:02
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.


Teleqraf.com Azərbaycan prezidentinin mətbuat xidmətinə istinadənxəbər verir ki, Gürcüstanın baş naziri xanım Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin olunması ilə bağlı təbriklərini çatdırıb və əminliyini ifadə edib ki, bu təyinat Gürcüstan-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi işinə öz müsbət təsirini göstərəcək.


Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev və Giorgi Kvirikaşvili siyasi, iqtisadi, energetika və digər sahələrdə əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.


Dövlət başçısı qeyd edib ki, bu gün “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı uğurla keçirilib və Gürcüstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunduğuna görə Giorgi Kvirikaşviliyə minnətdarlığını ifadə edib. Prezident İlham Əliyev və Gürcüstanın baş naziri gələcək təmaslar və səfərlər barədə də danışıblar.


Müəllif: