"İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"
Teleqraf.com-un məlumatına görə, bunu Tehranda İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.
"İran həmişə bütün ölkələrin, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib", - deyə Həsən Ruhani bildirib.
"Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi siyasi danışıqlar yolu ilə həll olunacaq", - deyə İran prezidenti bildirib.
Həsən Ruhani iki ölkə arasında əlaqələrin gündən-günə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.