13 Mart 2017 19:48
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziyada keçirilmiş qondarma parlament seçkiləri ilə əlaqədar bəyanat verib.

Bu barədə Teleqraf.com-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda deyilir: "Azərbaycan Respublikası Abxaziyanın müstəqilliyini və nəticə etibarilə, 12 mart 2017-ci ildə Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi inanır ki, Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışırların davam etdirilməsi zəruridir".


Müəllif:

Oxşar xəbərlər