11 Aprel 2017 10:58
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq müdafiə naziri Rəhim Qazıyev son müsahibəsində Fazil Mustafanı tənqid edib: "Mən Fazil Mustafa ola bilmərəm. Mənim 75 yaşım var. Daim bir sifətim olub".

Fazil Mustafa Rəhim Qazıyevin onun barəsində səsləndirdiyi aşağılayıcı fikirlərə cavab verib.

Teleqraf.com BQP sədri, deputat Fazil Mustafanın sabiq nazirə cavabını təqdim edir: “Mənim siyasi mövqeyim, elmi baxışlarım kimlərinsə xoşuna gəlməyə bilər, bunu normal qarşılayıram. Allah, Millət və Vətən qarşısında da alnıaçıq hesabat verəcəyimə əmin olmazsam, bu gün siyasətin içində olmağı özümə həqiqətən rəva bilmərəm. Ancaq bu üz, sifət, həya mövzusunun Rəhim Qazıyev kimi birisinin dilindən səslənməsi mənə xeyli gülməli göründü. Əmin olduğum bir şey var ki, öz mənasız ömür kitabını adam daha diqqətlə vərəqləsə, o zaman Fazil Mustafa olmağın özü üçün böyük bir şərəf olduğunu dərhal anlardı. Bu yerdə nədənsə xatirimə “Nəsimi” filmindəki bir epizod düşdü. Teymur saray əyanlarının yanında Əlincə qalasındakı uğursuzluğa görə oğlu Miranşaha qarşı sərt davranış göstərir. Miranşah qayıdır ki, “hökmdar, bəs mənim şərəfim, ləyaqətim?” Teymurun cavabı həqiqətən ibrətamizdir: “Sən öz şərəfini, ləyaqətini Əlincə qalasında itirmisən!” İndi bu Rəhim Qazıyev hələ də anlamır ki, “öz şərəfini, ləyaqətini Şuşa qalasında itirmiş” və buna görə “başına güllə çaxmağı unutmuş” birinin “bir sifətdən” danışması nə deməkdir. Ancaq Rəhim Qazıyevə tövsiyə edirəm ki, özü üçün həmişə qürur yeri olan o “bir sifət”ini möhkəm-möhkəm qorusun, çünki bu millət üçün yüzlərlə and yeri olmaqla yanaşı, hər dəfə islatmaq üçün bu cür xain sifətlərin də olması vacibdir ki, gələcəkdə kimsə şərəfini, ləyaqətini itirib Vətən torpağının alverçisinə çevrilməsin”.

Cavad


Müəllif:

Oxşar xəbərlər