Teleqraf.com xəbər verir ki, 2016-cı ilin noyabrında Siyəzən şəhərində Orxan Fərzəliyev aralarında yaranan münaqişə zəmnində qohumu Samir Məmmədovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan Samir Məmmədovun həyatını xilas etmək mümkün olub.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Orxan Fərzəliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə zalında həbs edilib.
Hacı Zeynalov