Tailandda ata 11 aylıq qızını feysbukun canlı yayımında, hər kəsin gözü önündə qətlə yetirib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Tailandın Fuket şəhərində yaşayan 21 yaşlı gənc həyat yoldaşı ilə dalaşandan sonra 11 aylıq qızının canına qəsd edib.
Qəddar ata olayı feysbukda anaya izlətdirib. Ana dərhal polisə xəbər versə də, bu, heç nəyi dəyişdirməyib.