2 May 2017 10:51
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 08 radələrində Bakı şəhərindən 15 km cənub-şərq istiqamətində, Xəzər dənizinin sahilində, neft-mədən sahəsində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.

Teleqraf.com-un xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Sözügedən palçıq vulkanı Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna aid deyil.

Hazırda vulkan aktivliyi baş vermiş ərazidə qoruq əməkdaşlarından təşkil edilmiş operativ qrup tərəfindən müşahidələr aparılır.

Xatırladaq ki, 1810-cu ildə qeydə alınmış Lökbatan palçıq vulkanı dünyanın ən aktiv 5 vulkanından biri olmaqla püskürməsinə görə dünya rekordçusudur və vulkanın hazırkı püskürməsi sayca 25-cidir.


Müəllif:

Oxşar xəbərlər