Teleqraf.com xəbər verir ki, hakim Nurəddin Bağırovun sədrlik etdiyi prosesdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası təmin edilib və saytların məhkəmə qərarı ilə bloklanması barədə qərar qəbul edilib.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi "Azadlıq" qəzetinin azadlıq.info, "Azadlıq" radiosunun azadlıq.org, azərbaycansaatı.com, Meydan.TV saytlarını və “Turan” telekanalı (Turan TV) ilə “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət etmişdi.
Hacı Zeynalov